İdman 18:07 06.09.2017

Milli komandamızın baş məşqçisi istefaya göndərildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib. "Qaynarinfo" xəbər verir ki, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

Yığmamızın "AVRO-2019"un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Yaşar Vahabzadə U-21-in baş məşqçisi kimi 15 oyun keçirib. Bu görüşlərdən 2-də qalib gəlib, 3-də heç-heçə çalışdırıcı 10 dəfə məğlub olub.

Qaynarinfo.Az