İdman 22:17 16.01.2020

Milli komandamızın yeni baş məşqçisi Qriqorçuk olacaq?

"Astana"dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlar aparır.

Qeyd edək ki, 2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk bu ay klubdan ayrılıb. O, 2015- 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.