Siyasət 15:20 19.05.2018

Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

Milli Məclisin yaz sessiyasının sonuncu iclasının vaxtı məlum olub.

Modern.az-ın məlumatına görə, parlamentin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək.

Sessiyanın sonuncu iclasının gündəliyi yaxın günlərdə  açıqlanacaq.

Daxili Nizamnaməyə uyğun olaraq, Milli Məclisin yaz sessiyası may ayında keçirilən sonuncu iclasla yekunlaşacaq.

Bundan əlavə, son illər parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağrılır. Bu il də istisna deyil. 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçrilmişdi.