Ölkə 22:10 25.06.2018

Milli Ordunun 100 illiyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka” MMC tərəfindən "Azərbaycan Milli Ordusunun 100 illiyi” münasibətilə yeni poçt markası hazırlanıb.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, poçt markası Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordumuzun 100 illiyinə həsr olunub. Fransada yüksək keyfiyyətlə nəşr olunan markalar 26 iyun tarixində dövriyyəyə buraxılacaq.

110x135 mm ölçüsündə olan markanın tirajı 3000 ədəd təşkil edir.

Markaları "Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də "Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1919-cu ildə dövriyyəyə buraxılan ilk marka da Azərbaycan əsgərinə həsr olunub.