Ölkə 18:01 17.06.2013

Milli Ordunun tankları Bakıya göndərildi - VİDEO

Minval.az-ın xəbərinə görə, Bakı-Quba magistral yolu ilə ölkənin paytaxtı Bakıya doğru tank kolonu hərəkət edir. 

Güman olunur ki, bu kolon 26 iyunda - Azərbaycan ordusunun yaradılması gününün növbəti ildönümünə keçirilməsi nəzərdə tutulan hərbi parada hazırlıq məqsədi daşıyır.

Sayt tank kolonunu görüntüləyən həvəskar çəkilişi təqdim edir.

Qaynar.info