Ölkə 17:29 13.01.2013

Milli Qavroşlar

Seymur Baycan

2003-cü ilin oktyabr ayının ortasında şahidi olduğum bir xoş, həmdə qürurverici bir mənzərəni sizlərlə paylaşmaq istəyirəm. Köhnədəyirmanın yaxınlığında yerləşən supermarketin qarşısında dayanmışdım.Uzaqdan küçələrə tökülmüş insanların səsləri eşidildi. Yanımdan keçənbir rus qadını bu səsləri eşidib dedi: “Başladı”. Bu səs hələ də mənimqulaqlarımdadır.

 
Sonra baş verən hadisələrindetallarına varmaq istəmirəm. Zatən hadisələrin iştirakçıları başverənləri daha yaxşı xatırlayırlar. Hadisələrin birbaşa iştirakçılarıolmayanlar isə baş verənlərdən az-çox xəbərdardırlar. Hakimiyyət bütünqüvvələrini səfərbər edərək, repressiv aparatını sərt şəkildə işəsalaraq, küçəyə çıxmış insanları amansız şəkildə qorxutmaqda,cəzalandırmaqda idi.
 
Mən bir jurnalist, həmdə bir vətəndaş olaraq eyni anda bir neçə məkanda olmaq istəyirdim.Şəhərin müxtəlif yerlərində baş verən qarşıdurmalar haqqında söhbətlərməni buna vadar edirdi. 3-4 saatdan sonra mən şəhərin mərkəzində idim.Birdən bir dəstə 12-16 yaşında uşaqlar Fəvvarələr Meydanına axışaraq“Azadlıq”, “İstefa” şuarları qışqırmağa başladılar. Polislər və mülkigeyimlilər hadisə yerinə gəlib çatana qədər uşaqlar şəhərin mərkəzindəkifayət qədər səs-küy qopara bildilər. Polislər hadisə yerinə gəldikdəisə uşaqlar öz yaşlarının tanıdığı çevikliklə tez aradan çıxmağıbacardılar.
 
Mən onların arxasınca düşdüm.Dəstə Hüsü Hacıyev küçəsində yenidən toplandı. Sonra Beş Mərtəbə tərəfəhərəkətə keçdilər. Yolda “Azadlıq”, “İstefa” şüarları qışqırmaqda davamedirdilər. Füzulu heykəlinin qarşısında toplaşdılar, aralarından birnəfər piləkənlərin üzərinə çıxıb qısa nitq söylədi. Polislər uzaqdangörünəndə onlar yenə də bir anda yoxa çıxdılar. Qəzəblənmiş polislərFüzuli Meydanına dağılışıb orada dayanan adamları döyməyə başladılar.Hətta mağazaların qarşısında dayanmış bir neçə satıcı da zərbə aldı. Buhaqda o vaxtlar “Milli qavroşlarımız” adlı bir yazı yazmışdım.
 
Bəli,mən küçə davalarının tərəfdarı deyiləm. Özümü cəsarətli adam hesabetmirəm. Bacardığım qədər yumruq davasından uzaq olmağa çalışmışam. Bunagörə də bir çox hallarda məhəlli düşüncəli insanların gözündə qorxaq vəhətta bir az kobud ifadə etsəm peysər kimi görünmüşəm.
 
Lakinbu günlərdə baş verənlərin təsiri ilə daha da həssaslaşmış vicdanımməni evdən bayıra çıxmağa məcbur edir. Nə vaxtsa yaşadığımız bu günlərtarixə çevriləcək. Kaş elə bir gün olsun ki, Azərbaycanın gələcəkvətəndaşları bu günləri dəhşətli bir gün kimi xarakterizə etsinlər. Vəbu dəhşətli günlərdə vətəndaş mövqeyi göstərən, bütün mərhumiyyətlərə,çətinliklərə, təzyiqlərə baxmayaraq alnıaçıq gəzən insanları şərəflə vəqürurla xatırlasınlar. Yaşadığımız bu günlər bir tarixdir. Və bu tarixinqəhrəmanına çevrilmək hər bir kəsin özündən asılıdır.
 
Əgərsən əməlinlə nifrət edə bilmirsənsə, gözünlə nifrət et, gözünlə nifrətedə bilmirsənsə, ürəyinlə nifrət et. Müqəddəs kitabda deyildiyi kimi:“Ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin üçün həyata tək ayaqlıgirmək, iki ayağın olaraq cəhənnəmə atılmaqdan yaxşıdır”.
 
Vayo adamların halına ki, qəhrəman olmaq şansını başa düşəməyib 500-600manata özlərini bazara çıxartdılar. Eşq olsun o insanlara ki, onlar buimtahandan üzüağ çıxmağı özlərinə borc hesab edirlər. Bəli, tarix hərşeyi öz yoluna və yerinə qoyur. Amma vacib məqamlarda vətəndaş sözününhəqiqi mənasını dərk edənlər tarixə kömək etməyə özlərində təpərtapmalıdırlar.
 
Bu gün hər bir kəs özü üçünmüəyyən etməlidir. Mən bu tarixdə qəhrəman olaraq hansı rolu oynayabilərəm? Axı qəhrəmanlıq müxtəlif olur. Mən kim ola bilərəm? Qavroş,Rudin, Bazarov, Qorkinin “ANA”sı... və yaxud da konkret olaraq ortaəsrlər qaydaları ilə idarə olunmaq istəməyən, insan kimi yaşamaq istəyənİNSAN.
 
Kultura.az