Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Polşada keçirilən beynəlxalq tədbirdə iştirak edib.ARGTMŞ-ın mətbuat xidmətindən verilən məlumata görə, təşkilat nümayəndələri Polşanın Krakov şəhərində keçirilən “İT texnologiyalarında ən yaxşı təcrübə” adlı təlim kursunda iştirak ediblər. Təlim Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramı çərçivəsində keçirilib. Tədbirdə Rumuniya, Rusiya, Ukrayna , Portugaliya, Polşa və başqa ölkələrinin fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir zamanı iştirakçılar informasiya texnologiyalarının istifadə imkanları, saytların qurulması və idarə olunması, iştirakçıların bilik və bacarıqlarının gücləndirilməsi mövzusunda beynəlxalq ekspertlərin təlimlərində iştirak ediblər.
Xatırladaq ki, ARGTMŞ Avropa Komissiyasının Gənclər Fəaliyyətində (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service ) üzrə akkreditasiya sertifikatı alıb. Sertifikat vasitəsilə ARGTMŞ 2 il müddətində Avropa İttifaqına üzv ölkələr və Azərbaycan arasında gənc könüllülərin uzun müddəti mübadiləsini təşkil etmək imkanı əldə edir.
Qaynar.info
Şərhlər