Siyasət 17:18 10.03.2018

Milli Şura və "Musavat"ın mitinqi başa çatdı

Bu gün Milli Şura və Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış birgə mitinqi keçirilib.

Qaynarinfo xəbər verir ki, aksiya Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) baş tutub.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, qurumun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev, Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Müsavat Partiyasının başqanı Arif Hacılı, partiya başqanının müavini Səxavət Soltanlı çıxış edib.

Aksiya insidentsiz başa çatıb.