Siyasət 16:22 05.06.2013

“Milli Şurada təmsil olunmayacağam” - Hikmət Hacızadə

“Milli Şurada təmsil olunmayacağam”.

Bunu Qaynar.info-ya açıqlamasında Müsavat Partiyasının üzvü, siyasi şərhçi Hikmət Hacızadə deyib. 

O bildirib ki, Müsavat Partiyasının Milli Şurada nümayəndələri var: “Mən də həmin partiyanın üzvüyəm. Partiyanın nüməyəndələri orada iştirak edir, nə fərqi var ki?!. Ona görə də Milli Şurada iştirak etməyəcəm. Mənim başqa işlərim var. Səhhətimlə də bağlı problemlərim var”.

H.Hacızadə açıqlamasında Milli Şuranı dəstəklədiyini bildirib.


İlkin
Qaynar.info