Siyasət 20:22 04.07.2013

Milli Şuradan Gültəkin Hacıbəyli ilə bağlı BƏYANAT

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bu gün Nəsimi rayon məhkəməsinin keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsini siyasi təzyiq kimi qiymətləndirir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan məhkəmə tarixində analoqu olmayan bu qərar hakimiyyətin siyasi oponentlərinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsidir və Gültəkin Hacıbəylinin siyasi baxışları ilə bağlıdır. Baş verən hadisə hakimiyyətin siyasi mübarizədə bütün hədləri aşmasının, mənəvi dəyərləri pozmasinın təzahürüdür. Milli Şura qəti şəkildə siyasi mübarizədə ailə münasibətlərinə bu formada kobud müdaxiləni yolverilməz

Qaynar.info