Siyasət 20:31 14.06.2013

Milli Şuradan parlamentli respublika təşəbbüsü

Milli Şuranın sədri, kinorejissor Rüstəm İbrahimbəyov “Media Forum” saytına verdiyi müsahibədə qarşıdan gələn prezident seçkiləri ilə bağlı planlarından bəhs edib. 

Onun səsləndirdiyi fikirlərdən biri də konstitusiyada dəyişikliklər olunması və Azərbaycanın prezidentli respublikadan parlament respublikasına çevrilməsi olub. 

“Qafqazinfo” Azərbaycanın parlament respublikasına çevrilməsinin mümükün olub-olmayacağı ilə bağlı Milli Şuranın üzvü Zəfər Quliyevin fikirlərini öyrənib. Z. Quliyev bildirib ki, Azərbaycanın parlament respublikasına çevrilməsi mümkündür: “Hələ çox çətin və əlverişsiz bir şəraitdə Məmməd Əmin Rəsulzadə və onun komandası bunu bacarmışdı. Hesab edirəm ki, Bu gün də Azərbaycanın siyasi elitası, əsasən də demokratik düşərgənin üzvləri bunu edə bilərlər. Demokratik seçki keçirilərsə, konstitusiyada müəyyən dəyişikliklər edilərsə bir müddət sonra Azərbaycanı parlament respubliksana çevirmək olar”.

“Əgər bu keçid baş verərsə hansı ölkələrin təcrübəsindən yararlanmaq lazımdır” sualına isə politoloq Gürcüstanı misal göstərib: “Elə Gürcüstanın təcrübəsindən yararlanmaq olar. Orada əvvəlcə qarışıq modeldən istifadə olundu. Azərbaycanda da bu modeldən yararlanmaq olar. Parlamentli respublikaya birdən-birə keçmək mümkün deyil. Bunu mərhələ-mərhələ həyata keçirmək lazımdır. Belə ola bilər ki, Azərbaycan öncə prezidentli-parlament respublikası olsun. Prezidentin səlahiyyətlərinin bir hissəsini baş nazir, bir hissəsini də parlament tərəfindən seçilən hökumət idarə etsin”.