Siyasət 14:27 28.05.2013

Milli Şuranın elan olunmamasının səbəbi açıqlandı

Qaynar.info Musavat.com-a istinadən xəbər verir ki, Milli Şuranın qabaqcadan gözlənildiyi kimi mayın 28-də elan olunmamasının səbəbi üzə çıxıb. 

Məlumata görə, Milli Şuranın elan olunmamasına elan bəyannaməsinin mətnində təsisçilər arasında fikir ayrılığı səbəb olub.

Müsavat Partiyasının Milli Şuranın yaradılması ilə bağlı danışıqlardan çıxması barədə yayılan məlumatlara da münasibət bildirilib. 

Partiyanın başqan müavini Gülağa Aslanlı Minval.az-a açıqlamasında bunları deyib: "Müsavat danışıqlardan çıxmaq niyyətində deyil. Danışıqlar dostluq şəraitində keçir və Milli Şuranın bu gün də elan edilməsi mümkündür".

Qaynar.info