Siyasət 11:44 23.07.2013

Milli Şuranın növbəti iclası nə vaxt olacaq?

“Bu gün Eldar Namazov mətbuata açıqlama verəcək”.

Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın üzvü Zəfər Quliyev deyib. O bildirib ki, dünən Eldar Namazov Milli Şuranın iclası ilə bağlı partiya liderləri görüş keçirib: “İclasının gündəliyini təyin etmək üçün ümumi bir qərar olmalıdır. İclasın dəqiq tarixi ilə bağlı bu gün mətbuata məlumat veriləcək”.


Z.Quliyevin sözlərinə görə, növbəti iclasın qapalı olub-olmaması gündəlikdən asılıdır.

Milli Şura icra aparatının rəhbəri Eldar Namazov da Milli Şuranın iclasının dəqiq tarixini yaxın saatlarda açıqlanacağını bildirdi.

İlkin
Qaynar.info