Ölkə 13:03 17.07.2013

“Milli Şuranın seçki qərargahı formalaşmalıdır”

"Milli Şuranın növbəti sessiyasının keçirələcəyi tarix dəqiqləşməyib. 

Eldar Namazovun Amerika görüşləri başa çatdıqdan sonra bu barədə məsləhətləşmələr aparılacaq”. 

Bu sözləri Milli Şuranın həmtəsisçilərindən olan Zəfər Quliyev deyib. Onun sözlərinə görə, növbəti sessiyyanın gündəliyi dəqiq bəlli olmasa da, hansı məsələlərin müzakirə ediləcəyini proqnozlaşdırmaq olar: "Düşünürəm ki, növbəti sessiyaya qədər Milli Şuranın seçki qərargahı formalaşmalıdır. Bundan əlavə, komissiyyaların tam tərkibi açıqlanmalı və fəaliyyəti haqqında məlumatlar verilməlidir. Seçkiyə hazırlıq məsələləri isə əsas müzakirə mövzusu olmalıdır. Çünki seçkilərin keçirilməsinə az vaxt qalıb”.

Zəfər Quliyev onu da əlavə edib ki, ikinci ehtiyat namizəd məsələsi növbəti sessiyayanın da gündəliyində olmayacaq: "Bu məsələ ilə bağlı bir sıra şəxslər artıq öz fikirlərini bildiriblər. Məsələnin müzakirəsi bizi ümumi işimizdən yayındıra bilər”.//qafqazinfo

Qaynra.info