İdman 00:39 28.03.2018

Millimiz 90+9-cu dəqiqədə qol buraxıb uduzdu

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununa çıxıb.
 
Qaynarinfo xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəqibimiz İrlandiya yığması olub.

5-ci qrupda keçiriləcək üç qarşılaşmadan biri olan İrlandiya ilə oyun səfərdə baş tutub. Bu, millimizin yeni baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ikinci seçmə oyunu olub. İlk ciddi sınağını martın 22-də Kosovo ilə səfər görüşündə verən Sadıqovun komandası 0:2 hesablı məğlubiyyətə düçar olmuşdu. Komandamız bu dəfə xal qazanmağa yaxın olsa da, 90+9-cu dəqiqədə qol buraxaraq uduzub.

Qeyd edək ki, qrupumuzun digər oyunlarında Kosovo lider Almaniyanı büdrədib - 0:0. Norveç isə İsraili 3:1 hesabı ilə qalib gəlib. 

AVRO-2019
Seçmə mərhələ
5-ci qrup

27 mart
İrlandiya - Azərbaycan 1:0
Qol: Rayan Sveni, 90+9.
İrlandiya: 1. Kiren O'Hara, 2. Kore Velan, 3. Danni Keyn (15. Ronan Hale, 82), 4. Rayan Sveni, 5. Şaun Donnellan, 6. Deklan Rays, 7. Coşua Kullen (K), 9. Riis Qreqo-Koks, 10. Rayan Manning, 11. Ronan Kurtis (17. Yosep Quigley, 89), 13. Ceyk Mölreni (20. Olamide Şodipo, 56).
Ehtiyat oyunçular: 16. Liam Bossin, 8. Konnor Dimaio, 12. Liam Kinsella, 18. Rayan Delaney.
Baş məşqçi: Noel Kinq.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sertan Taşqın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (K), 5. Elvin Sərkərov, 6. Qismat Alıyev, 8. Budaq Nəsirov (21. İlkin Muradov, 65), 9. Ramil Şeydayev (20. Ömər Buludov, 86), 10. Mahir Mədətov, 17. Ozan Can Kökcü (7. Ehtiram Şahverdiyev, 57), 23. Hacıağa Hacıyev.
Ehtiyat oyunçular: 1. Adbulla Seyidəhmədov, 11. Rövlan Muradov, 14. Ziya Əzizov, 16. Rafael Məhərrəmli.
Baş məşqçi: Rəşad Sadıqov.
Sarı vərəqələr: Rayan Manning, 74. Şaun Donnellan, 90+9 - Hacıağa Hacıyev, 21. Qismat Alıyev, 25. Kamran İbrahimov, 85.
Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (Slovakiya).
Dublin. "Tallaqt” stadionu.
 

1

Almaniya

7

5

1

1

23-6

16

2

İrlandiya

6

4

1

1

10-3

13

3

Norveç

7

3

2

2

10-9

11

4

Kosovo

8

3

2

3

8-8

11

5

İsrail

7

2

1

4

10-16

7

6

Azərbaycan

7

0

1

6

3-22

1