İdman 22:33 26.01.2018

Millimiz Antalya toplanışını qələbə ilə başa vurdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, yığmamız Albaniyanın eyni yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ülvi İskəndərov millimizin yeganə qoluna imza atıb.

Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 bu vaxta qədər Antalyada 3 yoxlama görüşü keçirib. "Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Albaniyaya 0:1 hesabı ilə uduzub, Gürcüstanla isə heç-heçə edib - 1:1.
 
Yoxlama oyunu
26 yanvar

Azərbaycan (U-21) - Albaniya (U-21) 1:0
Qol: Ülvi İskəndərov, 52.
Azərbaycan: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvü İskəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 25. Murad Xaçayev, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə.