İdman 18:03 19.11.2018

Millimiz Bosniya və Herseqovinaya uduzdu

21 yaşadək futbolçulardan ibarət milli komandamız təlim-məşq toplanışı çərçivəsində  2-ci yoxlama görüşünü keçirib.

Qaynarinfo  xəbər verir ki, Rəşad Sadıqov komandası Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə səfərdə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız ilk yoxlama matçında Avropa çempionatının bürünc mükafatçısı Ukraynaya məğlub olub - 0:1.

Yoxlama oyunu
19 noyabr

Bosniya və Herseqovina - Azərbaycan 2:0
Qollar: Nardin Mulahuseynoviç, 34. Yuriç Stipe, 73.
Bosniya və Herseqovina: 1. Vladan Kovaçeviç, 3. Halid Şabanoviç, 17. Selmir Pidro, 18. Nihad Muyakiç, 5. Besim Şerbeçiç, 10. Mariyan Çavar (k), 8. Vladan Daniloviç, 7. Zinedin Mustedanagiç, 19. Petar Boyo, 21. Nermin Haydareviç, 11. Nardin Mulahuseynoviç.
Ehtiyat oyunçular: 12. Suan Beşiç, 13. Amar Beqanoviç, 2. Yusuf Qazibeqoviç, 14. Jasmin Çelikoviç, 4. Anel Şabanadjoviç, 6. Haris Haydareviç, 20. Marko Brkiç, 23. Yovo Lukiç, 9. Stipe Yuriç, 15. Milan Saviç.
Baş məşqçi: Vinko Marinoviç.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 4. Hüseyin Seyliğli, 11. Bahadur Həziyev, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Ziya Əzizov, 10. Ozan Can Kökcü, 16. İsmayıl İbrahimli, 20. Ömər Buludov, 25. Faiq Hacıyev. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. İsmayıl Muradov, 3. Ricat Qarayev, 9. Rövlan Muradov, 5. Əsgər Hüseynov, 13. Əli Sadıqov, 21. Metin Gülər, 
18. Murad Xaçayev, 19. Abbas Ağazadə, 23. Süleyman Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.