Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi baş tutub. 

Qaynarinfo xəbər verir ki, seçmə mərhələni uğurla adlayan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Vüqar Məmmədin yetirmələri elit-raundda 1-ci qrupunda İrlandiya, Rusiya və Rumıniya ilə mübarizə aparacaq. Hələlik bu qrupun oyunlarını qəbul edəcək ölkə dəqiqləşməyib.

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Mayın 19-dək başa çatacaq raundda qrup qalibi olanlar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.
 
1-ci qrup: İrlandiya, Rusiya, Azərbaycan, Rumıniya.
2-ci qrup: Yunanıstan, Çexiya, İngiltərə, Danimarka.
3-cü qrup: Almaniya, Macarıstan, Norveç, Xorvatiya.
4-cü qrup: İspaniya, Hollandiya, Uels, Sloveniya.
5-ci qrup: Fransa, İsrail, İsveçrə, Polşa.
6-cı qrup: Portuqaliya, Şotlandiya, Türkiyə, Cənubi Kipr.
7-ci qrup: İtaliya, Serbiya, Ukrayna, Belçika
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!