21 yaşlılardan ibarət milli komandamız bu gün AVRO-2019-un seçmə mərhələsində növbəti matçını keçirib.

"Qaynarinfo" xəbər verir ki, millimiz Bakıda Kosovonu qəbul edib.

Keçirdiyi 4 oyunda xal qazana bilməyən millimiz, nəhayət bu istəyinə Kosovo ilə matçda çatıb.

90 dəqiqə ərzində tərəflərin bütün cəhdləri nəticə verməyib və matç 0-0 başa çatıb.

Azərbaycan - Kosovo - 0:0

Qırmızı vərəqə: Anton Krivotsyuk, 87, İlkin Sadıqov, 90+5

Qaynarinfo.Az