İdman 22:17 16.10.2018

Millimiz Norveçdən 1 xalla dönür

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşıb.

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışıb. Hesabı 9-cu dəqiqədə penaltidən Fəhmin Muradbəyli açıb. Millimiz 76-cı dəqiqədə üstünlüyü əldən verib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 10 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 3 görüşdə heç-heçə edib.

Qrupun digər oyunlarında İsrail Kosovonu 3:0, Almaniya isə İrlandiyanı 2:0 hesabı ilə yenib.
 
Avropa çempionatı
Seçmə mərhələ
V qrup

16 oktyabr
Norveç - Azərbaycan 1:1
Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9-pen.
Norveç: 1. Sondre Rossbax, 2. Julian Rierson, 5. Ulrik Yenssen, 6. Vibyorn Hoff, 8. Morten Torbsi (k), 9. Birk Risa, 11. Tobias Haynts, 15. Nikolas Mixelson (13. Martin Samuelsen, 72), 16. Tobias Borkyeeyet, 17. Dennis Yohnsen (18. Erlinq Braut Haland, 55), 19. Leo Ostiqard.
Ehtiyat oyunçular: 12. Vilyar Mihra, 3. Andreas Hanxe-Olsen, 4. Fredrik Knudsen, 7. Morten Konradsen.
Baş məşqçi: Leif Qunnar Smerud.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Hacıağa Hacılı, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 11. Barış Ekincier (17. Ozan Can Kökcü, 60), 15. Ömər Buludov (5. Elvin Sərkərov, 85), 19. Eltun Turabov, 20. Yusif Nəbiyev (10. Qismət Alıyev, 46).
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 7. Fərid Nəbiyev, 16. İsmayıl İbrahimli, 18. Amin Seydiyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Sarı vərəqələr: Sondre Rossbax, 9. Leo Ostiqard, 81 - Ömər Buludov, 58.
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (Bolqarıstan).
Drammen. "Maryenlist” stadionu.
 

1.

Almaniya

10

8

1

1

33:7

25

2.

Norveç

10

4

3

3

15:13

15

3.

İrlandiya

10

4

2

4

12:15

14

4.

İsrail

10

4

2

4

17:18

14

5.

Kosovo

10

3

3

4

9:12

12

6.

Azərbaycan

10

0

3

7

6:27

3