İdman 15:34 10.04.2014

Millimizdən rekord irəliləyiş - Bu ilkdi

Millimiz FIFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisinə nail olub. 

Fanat.az xəbər verir ki, aprel ayı üçün reytinq cədvəlində bizimkilər ötən ayla müqayisədə 29 xal çox toplayıb və altı pillə yüksəlib. Berti Foqtsun çalışdırdığı seçmə 398 xalla 85-ci yerdədi.Xatırladaq ki, buna qədər millimizin FIFA reytinqində ən yüksək göstəricisi ötən ilin oktyabrında yüksəldiyi 88-ci pillə idi. Təmsilçimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 9-cu (1115 xal), Xorvatiya 20-ci (871 xal), Norveç 56-cı (551 xal), Bolqarıstan 73-cü (460 xal), Malta 127-ci (204 xal) mövqedədi.

Keçmiş Sovet İttifaqı ölkələrindən ən yüksək pilləni Ukrayna tutur: 17-ci pillə, 913 xal. Rusiya 18-ci (903 xal) pillədə qərarlaşıb. Ermənistan 33-cü (750 xal), Özbəkistan 53-cü (577 xal), Belarus 83-cü (404 xal) sırada yer alıb. Estoniya (93; 366), Moldova (99; 325), Gürcüstan (103; 303), Litva (104; 293), Latviya (109; 273), Qazaxıstan (118; 235), Tacikistan (133; 188), Qırğızıstan (147; 143) və Türkmənistan (156; 119) isə millimizdən alt sıralarda qərarlaşıb.

Türkiyə 711 xalla 39-cudu.

Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1015 xalla 13-cüdü.Azərbaycanla yanaşı, 122-ci pillədə qərarlaşmış Əfqanıstan FIFA reytinqində ən yüksək göstəricisinə imza atıb.

Ayın ən yaxşı komandası 15 pillə irəliləmiş Şotlandiya millisi olub. 22 pillə geriləmiş Liberiya millisi isə ayın ən pis göstəricisinə imza atıb.

İlk onluq isə belə sıralanıb: İspaniya (1460 xal), Almaniya (1340 xal), Portuqaliya (1245 xal), Kolumbiya (1186 xal), Uruqvay (1181 xal), Argentina, Braziliya (hər biri: 1174 xal), İsveçrə (1161), İtaliya (1115), Yunanıstan (1082).

Qaynar.info