Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun üçün adıçəkilən ölkəyə yollanıb.

"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Maynts şəhərinə çatan millimizi burada cəmi bir azarkeş qarşılayıb. 

Bu, “Milli dəstə” azarkeş qrupunun üzvü Şamil Mustafayevdir. O, tək olsa da, təzahürat oxuyub və fakel yandıraraq yığmaya dəstəyini çatdırıb. 

Həmin anın görüntülərini təqdim edirik:

Qaynarinfo.Az