İdman 14:23 09.02.2019

Millimizin baş məşqçisi vəzifəsinə namizəd Bakıdadır

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, o, Bakıda olduğu müddətdə AFFA ilə müzakirələrdə iştirak edəcək.

Həmçinin bu ərəfədə xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

O, Bakıda olduğu müddətdə bu gün və sabah iki oyuna baxacaq.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində bu gün keçiriləcək "Sumqayıt” – "Qarabağ” və sabah baş tutacaq "Neftçi” – "Keşlə” matçlarını izləyəcək.