Millimizin futbolçusu rəsmən Avstriya klubunda

Millimizin futbolçusu rəsmən Avstriya klubunda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Barış Ekincier karyerasını Avstriyada davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, Almaniyanın II Bundesliqasında çıxış edən "Bohum" yarımmüdafiəçini "Austria Klaqenfurt" klubuna icarəyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu II divizion klubunda mövsümün sonunadək çıxış edəcək. 

Qeyd edək ki, Barış 2017-ci ildən "Bohum"da çıxış edir. O, bu klubun müxtəlif komandalarında 71 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib. 20 yaşlı futbolçu U-17, U-19 və U-21 yığmalarımızda ümumilikdə 9 oyun keçirən Barış 1 qol vurub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR