İdman 18:35 13.10.2018

Millimizin rəqibi: "Kosovo və Azərbaycan arasında böyük fərq var"

"Çox çətin oyun olacaq. Çünki üç gün ərzində ikinci səfər oyunumuzu keçirəcəyik. Digər tərəfdən, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadı".

Qaynarinfo xəbər verir ki, bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisi ilə oyundan əvvəl deyib.

Rəqib çalşıdırıcı Kosovo və Azərbaycan millilərini müqayisə edib: "Kosovo çox çətin komandadı. Azərbaycan da həmçinin. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdı. Deyə bilmərəm bu komandalar arasında böyük fərq var. Ancaq Azərbaycana daha çətin olacaq. Çünki son turda Kosovonun qonağı olacaq".

Rey Farruciya heyətdə itkilərin çox olduğunu bildirib: "Zədəlilərimiz yoxdu. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdı".