İdman 19:49 23.11.2018

Millimizin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, hazırda Bosniya və Herseqovina millisini çalışdıran 49 yaşlı mütəxəssis noyabrın 22-dən 23-nə keçən gecə travmatologiya və ortopediya klinikasına aparılıb. Məlum olub ki, Prosineçki qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdı.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına başçılıq edib.