İdman 16:30 04.08.2018

Millimizin sabiq üzvü Portuqaliya klubunda

Avstriyanın "Qarabağ Vyana” klubunun dağılmasından sonra "Sumqayıt”la müqavilə imzalayan Dmitri Nağıyev daha sonra komandadan ayrılıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, U-21 millimizin sabiq üzvü karyerasını Portuqaliyada davam etdirəcək.

22 yaşlı müdafiəçi adıçəkilən ölkənin I divizionunda çıxış edən "Kova-da-Piedadi” klubu ilə 1 illik müqavilə imzalayıb.

Nağıyev "Sumqayıt”la müqavilə imzalayanda "xaricdən təklif gələrsə, sərbəst qalmaq hüququna malikdir” bəndi salıbmış. Bu səbəbdən də "gənclik şəhəri” təmsilçisi Dimanın qabağını kəsə bilməyib.