İdman 16:48 06.11.2017

Millimizin üzvü Çexiyada iki qol vurdu

Çexiyanın U-21 liqasında XIV turun oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" (Praqa) "Slovan"ı (Liberets) qəbul edib.

Oyun "Slaviya"nın 4:2 hesabı ilə yekunlaşıb. 24-cü dəqiqədə sarı vərəqə alan Fərid Nəbiyev komandasının qəhrəmanına çevirilib. Hesab 2:2 olarkən - 73-cü dəqiqədə fərqlənən və "Slaviya"nı önə keçirək futbolçumuz 86-cı dəqiqədə dubl edərək komandasına qələbə qazandırıb. Millimizin üzvü matçı əvəzedilmədən keçirib. 

Qeyd edək ki, "Slaviya" 14 oyunda 20 xal qazanıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Aydın
Qaynarinfo.Az