İdman 16:35 02.11.2017

Milliyə baş məşqçi: Sabah hansı qərar veriləcək?

Sabah AFFA İcariyyə Komitəsinin toplantısı keçiriləcək.

Sport7.az xəbər verir ki, budəfəki iclasda əsas mövzu milli komandanın baş məşqçisi postuna təyinat olacaq.

Daim əcnəbi mütəxəssisləri dəstəkləyən, Azərbaycan yerli məşqçi olmadığını iddia edən qruplaşma artıq iflasa uğrayıb. Onlar bu səbəbdən də italiyalı mütəxəssislərlə apardıqları danışıqları dondurublar. "Qarabağ”ın "Atletiko” ilə sonuncu heç-heçəsi bu iflası qaçılmaz edib.

Ölkə prezidenti cənab İlham Əliyev də "Qarabağ”ın uğurlarına biganə deyil. Klub rəhbərliyi və futbolçularla sonuncu görüşündə də dövlət başçısı buna işarə vurmuşdu. Prezidentin Qurban Qurbanova açıq diqqət nümayiş etdirməsi, onunla səmimi davranması çox şeydən xəbər verirdi.

"Qarabağ”ın nəticələri əcnəbi çalışdırıcı sevdalılarına bəhanə yeri qoymayıb. Üç il bundan əvvəl Qurban Qurbanovu müxtəlif bəhanərlər milli komandadan uzaqlaşdıranlar, onun yolunu bağlayanlar, son anda bu təyinatın gerçəkləşdirilməsinə əngəl olanlar indi prosesləri kənardan müşahidə etməyə məhkumdular.

İcraiyyə Komitəsinin sabahkı iclasında Qurban Qurbanovdan başqa mütəxəssisin namizədliyi müzakirə mövzusu deyil. Çalışdırıcının özünün şərtlərini irəli sürəcəyi, problemləri dilə gətirəcəyi gözləniləndi. Yalnız bundan sonra yekun qərar veriləcək və böyük ehtimalla rəsmiləşəcək təyinat ictiamiyyətə açıqlanacaq.

Bu isə o deməkdir ki, sabah Azərbaycan futbolunda yeni tarixin ilk səhifəsi yazılacaq.

Qaynarinfo.Az