Maqazin 12:33 12.11.2014

Milyard dollarlıq boşanma

Amerikalı neft milyonçusu Harold Hamm həyat yoldaşından boşanıb. Qaynar.info xəbər verir ki, 68 yaşlı iş adamının Sue Ann Hammdan boşanması heç də ucuz başa gəlməyib.

Belə ki, sabiq həyat yoldaşı Harold Hammın sahibi olduğu "Continental Resources" şirkətinin ortaqlarından biri idi. Sue Ann Hamm şirkətin bu səviyyəyə gəlməsində özünün də əməyinin odduğunu bildirərək 17 milyard dollarlıq sərvətin yarısını tələb edirdi. 

Ərini xəyanətdə suçlayan vəkil xanım onun başqa qadınlarla münasibətini sübut edən audo və video görüntüləri məhkəməyə təqdim etmişdi. Məhkəmə Harold Hammın xanımına 955.5 milyon dollar təzminat ödəməsinə qərar verib. İş adamı bu məbləğin 320 milyon dollarını bu ilin sonunadək Sue Ann Hammın hesabına köçürməlidi. Qalan məbləğ isə ayda 7 milyon dollar olaraq veriləcək.

Qaynar.info