Milyarder Doronin Naomiyə bağışlamaq istədiyi kosmik evi satışa çıxardı

Milyarder Doronin Naomiyə bağışlamaq istədiyi kosmik evi satışa çıxardı

Sahibkar Vladislav Doronin bir vaxtlar top-model Naomi Kempbelə toy hədiyyəsi etmək istədiyi qeyri-adi evi satışa çıxarıb. 

Qaynarinfo xəbər verir ki, Doronin Barvixada yerləşən sözügedən daşınmaz əmlakı 6,4 milyard rubl (170 milyon azn) dəyərində qiymətləndirilir. "Capital Hill Residence” dünya şöhrətli memar Zaha Hadid tərəfindən hazırlanmış bir kosmik gəmi layihəsidir. Bu baxımdan ev yalnız estetik deyil, həm də mədəni dəyər qazanıb. 2016-cı ildə Hahid qəfildən ölüb və yaradıcılıq əsərini real həyatda görə bilməyib.

Köşkün sahəsi 3 min kvadratmetrdən çoxdur. İçəridə hovuz, spa, idman zalı, Yapon bağı və hətta gecə klubu var. Tikinti iş adamına 140 milyon dollara başa gəlib. Hələ ki, evə müştəri çıxmayıb.

Xatırladaq ki, Doronin və Kempbell cütlüyü 2013-cü ildə dörd illik toy planlaşdırmalarından sonra ayrılıb. 

Alpər
XƏBƏRLƏR
BLOGLAR