Dünya 18:12 12.11.2017

Milyarderlər uşaqlarına çin dili öyrədir

Çinin iqtisadi inkişafı, şirkətlərinin dünyada yüksəlişi çin dilinin də populyarlığının artmasına səbəb olur.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünyada 1,2 milyard insanın ünsiyyət vasitəsi olan çin dili varlılar, kral ailəsinin üzvləri tərəfindən seçilən dilə çevrilməkdədir. Milyarderlər uşaqlarının kiçik yaşlarından bu dili öyrənməsinə çalışır.

Çində dil çin, mandarin və kanton dili olmaqla 3 ləhçədən ibarətdir. 1 milyarda yaxın çinli mandarin dilində danışır. 

Uşaqlarının mandarin dilini öyrənməsinə çalışan milyarderlər arasında "Amazon" şirkətinin rəhbəri Ceff Bezos da var. Bezosun həyat yoldaşı Makkenzi Bezos "Vogue" jurnalına reportajında övladlarına mandarin dili dərsləri, aşpazlıq sənəti, Sinqapur riyaziyyat proqramı kimi sahələrdə təhsil vermələrinə çalışdıqlarını demişdi.

"Facebook"un qurucusu Mark Zükerberqin həyat yoldaşı çinlidir. Zükerberq uzun müddətdir mardarin dilini öyrənir. Cütlüyün qızı Maks da süni intellekt vasitəsilə mandarin dili dərsləri alır.

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner də övladlarının mandarin dili öyrənməsinə çalışan cütlüklərdəndir. Onların 5 yaşlı qızı Arabellanın Çin dilində oxuduğu mahnı internetdə məşhurlaşmışdı.

İngiltərə şahzadəsi Villiam və həyat yoldaşı Keyt Midltonun 4 yaşlı oğulları Corc mandarin dili dərslərinin tədris edildiyi " Thomas' Battersea" məktəbində oxuyur. Şahzadə Villiam bir neçə il əvvəl Çin dilində yeni il təbrikini yayımlamışdı.

Gülşən
Qaynarinfo.Az