Sənət 10:00 12.08.2014

Milyonların sevimlisi intihar etdi - FOTOLAR

Məşhur ABŞ aktyoru, «Oskar» mükafatı laureatı Robin Uilyams vəfat edib.

Polisin məlumatına görə, aktyor intihar edib, amma səbəb hələlik bəlli deyil. Onun depressiyadan əziyyət çəkdiyi bildirilir.

Aktyorun həyat yoldaşı Susan Schneider onun ölümü ilə bağlı yazılı bəyanatında deyib ki, “bu səhər mən həyat yoldaşımı, ən yaxşı dostumu, dünya isə ən sevimli aktyor və yaxşı insanını itirdi”.

Tanınmış Hollivud ulduzu 1951-ci ildə Çikaqoda doğulub.

R. Uilyams 1997-ci ildə «Ağıllı Uill Hantinq» filmindəki ikinci plandakı roluna görə «Oskar» mükafatı alıb.


Qaynar.info