Maqazin 12:39 08.07.2015

Milyonluq avtomobillər və cah-calallı həyat sürən azərbaycanlılar - FOTOLAR

Zəngin həyat tərzi yaşayanlar dünyanın hər yerində böyük maraq yaradır. Bu maraq o qədər böyükdür ki, hətta dünya şöhrətli “Forbes” jurnalının əsas işi onun-bunun pullarını saymaqdır. 

Jurnal ildə bir neçə dəfə dünyanın ən gənc varlıları, ən zəngin cütlüklər, ən çox qazanan məşhurlar və s. üzrə siyahılar dərc edir. Siyahıda amerikalı milyarderlər üstünlük təşkil etsə də, həmyerlilərimizə də həmin siyahıda rast gəlmək mümkündür.

Təbii ki, varlıların yaşamı, həyatı, üstünlük verdikləri, hobbiləri Azərbaycan cəmiyyətində də maraq oyandırmaya bilməz. “Instagram” sosial şəbəkəsində də lüks həyat sürən azərbaycanlıların fotolarını paylaşan səhifələr var. Düzdür, həmin səhifələrdə hələ ki, heç kəsin var-dövlətini saymırlar. Ancaq yerli zənginlərimizin həyatına dair bir sıra maraqlı fotoları paylaşırlar.

Zəngin həmvətənlərimizin fotolarını təqdim edirik //Publika.az

Qaynar.info