Video 10:32 08.01.2019

Mina Hüseyn “O səs”dən niyə getdi? (VİDEO)

Müğənni Mina Hüseyn "O Səs Türkiyə”dən kənarlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib.  

Mina "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, yarışmadan "Maşın” realiti şousuna görə uzaqlaşdırılmayıb.

O, səs-küylü yarışmadan öz istəyi ilə ayrılıb:

"Münsif Seda Sayan mənə zəng vurdu. Özü şəxsən əlaqə saxlayıb dedi ki, Azərbaycanda sözünü demiş müğənnisən, sadəcə olaraq efirə gəldin, bir daha özünü təsdiqlədin ki, yaddan çıxmamısan. Seda Sayan qeyd etdi ki, ikinci dəfə "O səs”ə qayıtmağının mənası yoxdur. Niyə görə? Bunun səbəbini də dedi. Bildirdi ki, 4-5 efirdən sonra uduzacaqsan, ehtiyac yoxdur. "Özüm veriliş açacağam, ora səni qonaq çağıracam” – deyə mənə bildirdi. Mən də belə qərara gəldim ki, getməyim. İkinci mərhələdə iştirakıma görə hər şey etmişdilər, hətta bilet də almışdılar. Amma imtina etdim.



Məni "Maşın” realiti şousuna görə müsabiqədən uzaqlaşdırmayıblar. Sadəcə olaraq "Maşın”dan çıxdığım günün səhəri Seda Sayan olanları mənə başa saldı, dedi ki, "Naino” mahnısı trendə düşüb. Verilişin anonsu ifam üzərində qurulub.  Bildirdi ki, adını necə qazanmısansa, elə də qal, albom çıxart, mahnı yazdır və mən sənin arxandayam.

Mən "O səs"ə qonaq kimi getmişdim, heç bir turlara qatılmamışam, birbaşa səhnəyə çıxmışam”.