Foto 18:47 19.11.2017

Mina Urqan: Qocalıqda cinsi həyat

Mina Urqan qocalıqda cinsi həyatın bitdiyini və bu dönəm sevginin daha həqiqi olduğunu vurğulayır. 
 
"Qaynarinfo" Mina Urqanın "Bir dinozavorun xatirələri" kitabından qocalıqda cinsi həyatla bağlı düşüncələrini təqdim edir:


 
90 yaşlı Sofokoldan qadınlar "Qocaldığınız üçün cinsi həyatınızın bitməsi sizi üzürmü" deyə soruşublar. Onun cavabı isə "Nə üzülmək, zalım bir insanın əlindən xilas edilib, sonda azadlığına qovuşan bir qul qədər xoşbəxətm" olub.
 
Yaşlı olduğunuz zaman cinsi həyatınızın bitməsi sizə xoşbəxtlik və hüzur verə bilər. Amma bu xoşbəxt dönəmi tam iradənizlə, öz qərarınızla başlatmalısınız. "Tamam, artıq bitdi" deyərsiniz özünüzə. Sonra bir də baxarsınız ki, heç nə bitməyib. Dərinizin altında sanki kəpənəklər uçuşur.



Sofokolun zalım ağasından canınızı qurtamaq üçün bəlli bir yaşa çatmağınız və seksual istəklərinizi, sevinci və əzabı ilə birgə yaşamağınız lazımdır. Seksual həyatlarını vaxtında yaşamadıqları üçün ağ atlı şahzadəsini 70 yaşında hələ də gözləyən nə qədər qadın var. 80 yaşında gənc qadınlara aşiq olan nə qədər qoca kişilər tanıyıram. Amma onların nə qədər əzab çəkdiyini də bilirəm. Yaşlarının verdiyi narahatçlıq səbəbindən sevgiləri platoniklikdən çıxıb cinsi olmağa başladığı zaman onlar çox əzab çəkir. 1968-ci ilin mayında Parisdə divarlara yazılan yazılar arasında biri diqqətimi çox çəkdi. Şüar bu idi: "Les jeuned font Vamur, les vieuxfont des gestes obscenes" (Gənclər sevər, qocalar ədəbsiz hərəkət edərlər). Gənclərin qocalara qarşı acımasızlığının əsas göstəricisi idi bu.


 
Baxmayaraq ki, 70 və 80 yaşlarda olan insanın içində seksual qıvılcım qalır, bu qıvılcımları yanğına çevirməyin sonu fəlakətdir. Ona görə də, bayaq qeyd etdiyim kimi, cinsi həyatınzı vaxtında sonuna kimi yaşamalısınız ki, qocaldığınız zaman ondan qurtula biləsiniz. Bu dönəm həyatınızın ən çətin dövrüdür. Bu zamanlar, gənclikdə hamı tərəfindən sevilən, arzu olunan kişi və qadınlara daha çətin olur. Bunu qəbul etmək heç də asan deyil. Amma buna içdən inanaraq "Artıq bitdi, qocaldım, cinsi həyatım bitdi" deyə bilərsiniz. Gəncliyinizdə və orta yaşlı olduğunuz zaman xəyalını qura bilmədiyiniz rahatlığa qovuşacaqsınız. Qadınlar cazibədar kişilərə, kişilər isə qadınlara baxıb "Ah, kaş ki, o mənim olsaydı" deyə şüuraltınızda için-için yanmadığınız üçün onu nə üçün sevdiyinizi anlayacaqsınız. Təbii ki, bunda cinsi istək də var. Lakin bu məqamda daha çox sevgi olur. Və siz ən dərin sevgini yaşamağa başlayarsınız. 
 
İlk sevgilim şokolad ətri verirdi.
Son sevgilim ölüm.
Mən ölüm ətri gələn sevgilimi sevdim ən çox.
Çox heyrətamiz idin.
Dumanda qəfil görünəndə
görkəmli gəmi idin.
Dənizi çalxalayan
Böyük gümüş balıq idin.
Yamyaşıl qarpıza batırılan
Qara saplı bıçaq idin.
Çox heyrətamiz idin, çox.
Səsini duyanda
Ötməyə başlayır
Döş qəfəsimdəki
o susqun quşlar.
Uğuldayan dalğalardan
Qayağı qışqırıqlarından da 
Daha ağır gəlir mənə
sənin dediklərin.
Günəşlərdə isinmiş bir qayasan,
Sağlam, isti, susqun.
Dənizlərin duzu bədənində
Saçlarında yosun ətri.
Hezafren Məhmət Çələbi kimi
Özümü Qalata qalasından atdım.

Yaşlılığa ikinci uşaqlıq deyirlər. Mən bu ifadədən istifadə edirəm. "80 yaşından sonra insanın uşaqlaşmağa, hətta pis olmağa haqqı var" sözlərini öz-özümə təkrarlayıram. 
 
Tərcümə etdi: Lalə Niftaliyeva
Qaynarinfo.Az