Ölkə 00:31 11.09.2013

Mingəçevirdə balıqçı boğulub

Mingəçevir sakini göldə balıq tutarkən boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində süni göldə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 12 km aralı, nəzarət olunmayan ərazidə) balıq tutarkən 1966-cı il təvəllüdlü Dadaşov Fəqan İslam oğlu batıb. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlayıb. F.Dadaşovun cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:05-də başa çatıb. 

Qaynar.info