Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” – adlı qısametrajlı sənədli film çəkib.
 
"Qaynarinfo" xəbər verir ki, Qafqazın ən böyük xəbərkanalı olan "ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərək onu gənclər arasında təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində çəkilən sənədli film Mingəçevir şəhərində geniş auditoriyaya təqdim olunub. Təqdimatı giriş sözü ilə ASGA sədri Səbuhi Abbasov açaraq layihənin məqsədindən danışıb: "Layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir. BİZ APREL DÖYÜŞLƏRİNDƏ İGİD ƏSGƏRLƏRİMİZİN ŞÜCAƏTİNİ PAYTAXT VƏ REGİON GƏNCLƏRİ ARASINDA TƏBLİĞ ETMƏYİ qarşıya əsas hədəf kimi qoymuşuq. Biz ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Fondun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”

Daha sonra Mingəçevir Dram Teatrın direktoru Səxavət Məmmədov çıxış edərək bu kimi layihələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını dedi.

Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevə isə çıxışında onun ailəsinə göstərilən diqqət və qayğıdan dolayı hər kəsə təşəkkür etdi.

Daha sonra filmin ərsəyə gəlməsində xidməti olan texniki heyətə ASGA adından diplomlar, disklər və suvenirlər hədiyyə verildi.

Məlumat üçün qeyd edək ki, bu ASGA-nın efir üçün hazırladığı sayca 3-cü peşəkar sənədli filmdir.
Qaynarinfo.Az