Ölkə 17:30 21.05.2018

Mingəçevirdə sərnişin avtobusu aşıb: xəsarət alanlar var

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir. 

Faktla araşdırma aparılır.