Ölkə 10:52 04.09.2018

Mingəçevirin icra başçısını kim əvəz edir? (FOTO)

Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hələlik Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəhbər təyin edilmədiyi üçün, bu vəzifəni başçının birinci müavini İsmayılov İlham Mehdixan oğlu icra edir.

Xəbəri Mingəçevir Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.