Dünya 10:05 22.03.2018

Miqranta yumruq atan şəxs nazir seçildi (FOTO)

Per Sandberq Norveç Ədliyyə və Miqrasiya naziri seçilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İnkişaf Partiyasının üzvü olan Sandberq Silvi Listhauqu əvəz edib. Sandberq 1997-ci ildə Yuqoslaviyadan gələn miqranta atdığı yumruqla tanınır. O, bu addımına görə 400 avro pul cəzası almışdı.

Qeyd edək ki, Listhauq terror təşkilatları siyahısında olan Əş Şəbabın üzvünün şəklini sosial mediada paylaşaraq "İşçi Partiyası terrorçuların haqqlarını milli təhlükəsizliyimizdən üstün tutur" yazmış, müxalif partiyaların etirazından sonra üzr istəyərək istefa vermişdi.

Gülşən