Dünya 10:48 05.12.2019

Miqrantları Afrikadan İspaniyaya aparan qayıq batdı: 57 ölü

İspaniyaya miqrant daşıyan bir qayıq Mavritaniyanın şimalında Nouadhibou şəhərindən 25 kilometr məsafədə batıb. 
 
Qaynarinfo xəbər verir ki, bu haqda Mavritaniya hökumət rəsmiləri məlumat yayıb. Məlumata görə, hadisə zamanı həlak olan 57 miqrantın cəsədi tapılıb, 74 nəfərsə xilas edilib.

Xilas olunduqdan sonra sığınacaq mərkəzlərinə aparılan miqrantlara qida və dərman yardımı edilib.

Qeyd edək ki, Mavritaniya Afrika miqrantlarının Avropaya köçmək üçün istifadə etdiyi əsas yollardan biridir.