Siyasət 12:14 04.06.2013

Mirmahmud Mirəlioğlundan SƏRT AÇIQLAMA

“Bu gün razılaşan adamlar mətbuatda başqa şey danışırlar”

“KXCP-nin müxalifətin daha geniş inteqrasiyası ilə bağlı qərarı var. Bu qərara uyğun hərəkət edirik”.

Bu sözləri Qaynar.info-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Partiya sədrinin sözlərinə görə, KXCP müzakirələri Milli Şura üzvü olan və gələcəkdə qoşulacaq partiyalarla aparır: “Müzakirələr davam etdirilir, hələ başa çatmayıb”.

M.Mirəlioğlu Milli Şurada partiyalara yer verilmə məsələsinə sərt münasibət bildirib: “Bu kimlərinsə uydurmasıdır. Müzakirə aparan şəxslər necə bir-birlərinə yer verə bilərlər?! Başa düşmədim, onlar kimdir?! Elə şey olur?! Sadəcə olaraq, burada kimsə qıcıq yaratmağa çalışır. Burada başqa şey yoxdur. Razılaşdırılmış məsələlər var. Bu gün razılaşan  adamlar mətbuatda başqa şey danışırlar. Razılaşırlar ki, danışıqlarla bağlı mətbuata açıqlama verilməsin, amma onlar açıqlama verirlər”.

İlkin
Qaynar.info