Sənət 10:05 16.06.2014

Mirşahinin Aqşinlə müsahibəsi - VİDEO




Qaynar.info ANS TV-nin efirində yayımlanan "Hesabat" verilişində Mirşahinin şair Aqşin Yeniseydən xəstəxanada götürdüyü müsahibəni təqdim edir.


Bir fərziyyə də var. Uzun müddət İranı açıq savaşa çəkə bilməyən beynəlxalq güclər hətta Suriyada da öz niyyətlərinə çata bilmədilər. Bəşər Əsəd birbaşa özünü və dolayısı ilə İranı qorudu. Şiələrdən ibarət olan İranın Kərbəla ilə, Həzrət İmam Hüseyn və onun ailəsilə imtaha çəkilməsi böyük bir planın tərkib hissəsi ola bilər. Axı dövlətin qapılarını düşmənə müəmmalı surətdə açan İraq əsgərlərini hərbi texniki təlimlərilə dünənədək Birləşmiş Ştatlar məşğul olurdu. Birləşmiş Ştatlar isə İranı özünün düşmənləri siyahısından çıxarmayıb. Obamanın təəccüb doğuracaq dərəcdədə soyuqqanlı bəyanatı isə mənə ümumiyyətlə çatmadı. İraq olsun! yoxsa, İraq olmasın?! Bəlkə İran? Obamanın çıxışı faktiki olaraq İslam Şam Dövlətinə kömək oldu. Yənı biz heç nə etməyəcəyik. Buyurun. Təsəvvür edək ki, Kərbəlaya hücum baş verir. İmam Hüseynin qəbrini atəşə tuturlar, sizcə İran dövləti buna sakit baxacaq. Allah eləməsin. Allaha isə inanmaq lazımdır! İnanmayanda yaşamaq da, ölmək də çətin olur. Dostum, çox istedadlı şair Aqşinin ölümdən qorxduğunu və necə qorxduğunu öz gözlərimlə gördüm!

- Özünü neçə hiss edirsən indi, Aqşin?

- İndi özümü yaxşı hiss edirəm. Amma ilk dəfə gələndə vəziyyət bir az ağır idi. Öz bədənimə qarşı məsuliyyətsizliyin nəticəsidir - içki, soyuq dəymə, yaxşı qidalanmamaq. Ümumiyyətlə isə qidalanmaya fikir verməmək.

- Birinci dəfə diaqnoz sənə deyəndə - qaraciyərin serrozu məsələsilə bağlı sən başa düşdünmü ki, nə dərəcədə ciddidir xəstəliyin?

- Həkim mənim özümə gəlib dedi ki, biz yoxladıq və baxdıq. Sən qohum-əqrabaya denən, pul yığsınlar, 2-3 gün müddətində hansısa bir ölkəyə aparıb qaraciyərini dəyişdirmək lazımdır. Mən də fikirləşdim ki, buna külli miqdarda vəsait lazımdır. Bunu kimə gedim deyim. Mən Mərkəzi Klinik Xəstəxanada 4 sutka yatdım. Sonra sağolsun prezident, eşidəndən-biləndən sonra, səhərisi gün Gömrük xəstəxanasından gəldilər və məni ambulansla apardılar. Sora mənə dedilər ki, prezidentin şəxsi göstərişilə sənin müalicən dövlət hesabına burada davam edəcək.

Maraqlı müsahibənin davamı videomaterialda: