Ölkə 01:08 20.07.2013

Mirzə Cəlil "Danabaş kəndi"ni yazanda...

İdris Heydərli

Yazıb-oxuya bilməyən Danabaş kəndi... Yazıb-oxumağı öyrəndikdən sonra...yazıb-oxumağı yox, yazıb-oxuyanlarla hansı dildə danışmağı öyrəndi və Danabaş kəndinin dəyərlərini yazıb-oxumağa çevirmək fürsəti qazandı.

Xudayar bəy kəndxuda oldu. Xudayar bəyin istəyi nə ola bilərdi: Məhəmmədhəsən əminin eşşəyini satmaq, "...evlənə bilmək", özünü "bəy"olaraq görmək və cağırtdırmaq...Vəssalam.

Və başlandı.

Mirzə Cəlil Danabaş kəndini yazanda dünyada Osmanlı, Qacar, Biritaniya, Almaniya, Rusiya kimi imperiyalar var idi. O zamanın Azərbaycanında isə bu imperiyaların beyin mərkəzləri ilə eyni müstəvidə düşünə biləcək "...oğlu"lar və "ov"ların mücadiləsi "dünənə qədər yazıb-oxumaq bilməyən millətdən bu adamlar necə oldu ki, formalaşdı" sualına cavab tapa bilmirdi.

Yazıb-oxumaq öyrədənlər mağara tikərkən, "oğlu"lar və "ov"lar pəncərələr açırdılar.

Yazıb-oxumaq öyrədənlərin  fanarları fasilələrlə yansa da, pəncərələrdən günəş və ay işığı o fanarların saxta oluğunu anladırdı.

Və başlanmışdı.

Mağaralar dağıldı, fanarlar söndü, ayılıb gördük k...

Bəli, bəli Xudayar bəy kəndxuda oldu, ancaq Məhəmmədhəsən əmi heç vaxt Kərbəlaya gedə bilmədi. Bu dəfə Xudayar bəyin istəyi böyümüşdü: bütün Azərbaycanı Danabaş kəndi kimi görmək... Gördümü?

Azərbaycanı dünyanın parçası kimi görmək istəyənlərin qarşısına yenə Xudayar çıxarılmışdı.

Və bitdi.

Artıq düşünmə sərhədləri bəlli idi: hər kəs Danabaş kəndinin fikir fabrikindən çıxacaq dəyərlərlə düşünürdü.

Və başlandı və bitdi...