Dünya 13:43 09.02.2018

Misir anti-terror əməliyyatına başladı

Misir höküməti bu gün ölkədə anti-terror əməliyyatına start verib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, ordu və polisin birgə iştirak edəcəyi əməliyyat terrorçular, cinayətkar element və təşkilatlar əleyhinədir. Proses Sinay yarımadasını, Nil deltası və Qərbi Misir Səhrasını əhatə edəcək. Prezident Əbdul Fəttah Əl Sisi prosesin 3 ay davam edəcəyini və İslami üsyan əleyhinə olduğunu bildirib. Hədəf, ölkədə, xüsusilə qonşu ölkələrlə sərhəd bölgələrdə nəzarətin təmin edilməsidir.

Qeyd edək ki, Misirdə 1 ildir davam edən döyüşlərdə yüzlərlə əsgər və polis öldürülüb. Üsyançıların hədəfində mülki vətəndaşlar da yer alıb.

Gülşən