Foto 12:27 11.12.2017

Misirdə 2 fironun məzarı tapıldı (FOTOLAR)

Misirdə 3500 il əvvələ aid 2 məzarlıq aşkarlanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Luxor şəhərində aşkarlanan məzarlıqların 18-ci xanədanlıq dövründə yaşamış 2 firona aid olduğu təxmin edilir. 

Nil çayının qərb sahilində Misir tarixinə damğa vurmuş şəxslərin qəbirləri yerləşir. 

Qədim əsərlər naziri Xalid Əl Ənani bildirir ki, bu kəşf siyasi qarşıdurmaların bərbad günə saldığı ölkə turizmini yenidən dirçəldə, insanları bölgəyə cəlb edə bilər. Məzarlıqlardan birinin daş divarlarla əhatələnmiş həyəti var, qəbir yerləşdirilən yer 6 metr dərinliyindədir və fərqli 4 otağa açılır. Otaqlardan taxta qəbir parçaları tapılıb və divarlarda yazı və rəsmlər var. Məzarlıqların firon II A Aminhatep və firon IV Tutmosa aid olduğu qeyd edilir. 

Digər məzarın isə bir salona açılan 5 qapısı, cənub və şimalda isə 2 boşluq var. Burada cənazə şamları, rəngli taxta cənazə maskaları, gil daşlar, 450 heykəlcik, kətan ilə sarınmış mumiya aşkarlanıb. 

Qeyd edək ki, 2017-ci ilin əvvəlindən bu günə qədər qədim əsərlər nazirliyi Misirin müxtəlif yerlərində çox sayda kəşflər edib.

Gülşən