Ölkə 11:21 18.04.2014

Misir Mərdanov yeni təhsil nazirinin fəaliyyətini qiymətləndirdi

Sabiq təhsil naziri Misir Mərdanov yeni vəzifəyə təyin ollunduqdan sonra ilk açıqlama verib. 

Anspress-in məlumatına görə, AMEA-nın Riyaziyyat institutunun direktoru Misir Mərdanov indiki təhsil nazirinin fəaliyyətini qiymətləndirib. 

O bildirib ki, təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi vacib bir işdir: "Təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi çox vacib idi. Yeni qüvvələr gətirilib də. Yeni nazir Mikayıl Cabbarovla aramızda olan münasibətlər çox normaldr. Nazirə və Nazirliyin əməkdaşlarına uğurlar arzulayıram. İndi çox məsuliyyətli vəzifəyə təyin olunmuşam. Bir ildir ki yeni işimdə çalışıram. Prezidentin uğurlu siyasəti nəticəsində bu gün təhsilimiz inkişaf edir. Təhsilə tədricən cavan adamlar cəlb olunmalıdır”

Qeyd edək ki. AMEA-nın illik iclasında sabiq təhsil naziri Misir Mərdanovla və yeni təhsil naziri Mikayıl Cabbarov üz-üzə gəliblər amma onlar bir-biri ilə salamlaşmayıblar.

Qaynar.info