Çempionlar Liqasının finalında zədələnən "Liverpul"un və Misir millisinin üzvü Məhəmməd Salahın durumuna aydınlıq gəlib.
Qaynarinfo xəbər verir ki, misirli ulduzun çiyin bağlarında problem yaranıb. Onun tam sağalması üçün 3-4 həftə vaxt lazımdı. Bu barədə klubun həkimi Ruben Pon məlumat verib.
Bu açıqlamadan sonra Salahın Misirin Dünya çempionatındakı ilk iki oyununu buraxmalı olacağı dəqiqləşib. Misir "DÇ-2018"də ilk oyununu iyunun 15-də Uruqvaya, ikinci matçını ayın 19-da Rusiyaya qarşı keçirəcək. Salah iyunun 25-də Səudiyyə Ərəbistanına qarşı keçirəcəkləri oyunda meydanda ola biləcək.
Şərhlər