İdman 10:25 21.06.2018

Misir yığmasında qalmaqal: Salah komandanı tərk etdi

Misir yığmasının hücumçusu Məhəmməd Salahla Misir Futbol Federasiyasının rəhbərliyi arasında dava düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Eqipt Tudey” saytı məlumat yayıb. 

Bildirilir ki, Salah federasiyanı Misir yığmasının dünya çempionatına hazırlığını yaxşı təşkil etməməkdə günahlandırıb. İddiaya görə, futbolçu bu insidentə görə Səudiyyə Ərəbistanı ilə oyuna çıxmayacağını bildirib və düşərgədən ayrılıb. Onun hətta Rusiyanı vaxtından əvvəl tərk edəcəyi də vurğulanıb.

Qeyd edək ki, Misir yığması bu il dünya çempionatında qarşılaşdığı hər iki rəqibinə uduzub. Komanda səkkizdə bir finala çıxmaq şansını itirib.